17.02.2017

Paytaxt məktəbliləri “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin qalibi olub

Fevralın 17-də Sabahın alimləriVI Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov gənclərin elmi potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən “Sabahın alimləri” müsabiqəsinə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib. Nazir müavini şagirdlərin elmi yaradıcılığı, onların tədqiqat aparması baxımından elm və təhsil müəssisələri arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini vurğulayıb.

Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə seçilən qaliblər  təqdim olunub.

Daha sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlanıb. Kompüter elmləri kateqoriyaları üzrə Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Elşən Nağızadə, Bakı şəhəri 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev, mühəndislik kateqoriyaları üzrə Bakı Avropa Liseyinin şagirdləri Timur Kalyayev, Həmid Səlimov, Şirvan şəhəri “İstək” Liseyinin şagirdi Qüdrət Muradlı ən yaxşı layihə müəllifi olaraq seçiliblər.

Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub. 

Müsabiqənin təşkilatçıları Təhsil NazirliyiGənclər və İdman NazirliyiAzərbaycan Milli Elmlər Akademiyası,Heydər Əliyev MərkəziAzərbaycan Respublikasının Prezidenti yanında Bilik FonduAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və İntel” şirkətidir.

“Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 730  nəfər şagird qatılıb, onlardan 30 şagird  Intel İSEF-də iştirak etmək hüququ qazanıb.


Açar sözlər: ,