20.02.2017

Müəllimlər üçün Sosial Media Seminarı

Paytaxtda Müəllimlər üçün Sosial Media Seminarı keçiriləcək.

Seminar Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində təşkil edilir.

Seminarın keçirilməsində əsas məqsəd sosial şəbəkələrdə ümumi təhsil məktəblərinin uğurlarının təbliğ edilməsi, yaxşı təcrübənin yayılması və sosial şəbəkələrdən düzgün istifadənin formalaşdırılması, o cümlədən məktəblərin virtual aləmdə daha fəal təmsil olunmasının təmin edilməsindən ibarətdir.

Seminarda Bakı şəhərinin 12 inzibati rayonu üzrə hər məktəbdən internet resurslarını idarə edən (məktəb saytı, sosial şəbəkədəki səhifə) şəxs və bir idman müəllimi iştirak edəcək.

Seminara qatılacaq məktəb nümayəndələrinə sosial mediadan daha fəal istifadə ilə bağlı təlim keçiriləcək. Beləliklə, sosial mediada səhifəsi olan məktəblər bu istiqamətdəki fəaliyyətini daha da təkmilləşdirəcək, müvafiq səhifəsi olmayan təhsil müəssisələri üçün isə yeni səhifələr yaradılacaq.

Təlimin sonunda iştirakçılar Milli Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, hər rayon üzrə seminarın keçirilmə tarixi barədə məktəblərə öncədən məlumat veriləcək.

Seminarda iştirak üçün müəyyənləşdirilmiş nümayəndələr aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

https://docs.google.com/forms/d/1TtS80P8CuJm3rNxzcGRE8rspzOWSJUQxgU0CN8x3Vpo/viewform?edit_requested=true


Açar sözlər: ,  ,