02.03.2017

Reproduktiv sağlamlığa dair seminarlar keçirilir

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində seminarlar təşkil olunur.

Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

Seminar zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilir, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirmə işləri aparılır.


Açar sözlər: ,  ,