06.03.2017

İkinci “Ekoloji aylığ”ın qalibləri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində fevral ayı üçün nəzərdə tutulan “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığı başa çatıb.

Bakı şəhərinin 12 inzibati rayonunun ümumi təhsil məktəblərində “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu üzrə elmi konfranslar, müsabiqələr, yarışlar, “Açıq dərs”lər, sərgilər keçirilib, ekskursiyalar təşkil edilib, araşdırmalar aparılıb. Bundan əlavə, məktəblilərin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, “Yanar Dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Azərbaycan Tarix Muzeyi,  “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan İstiqlal Muzeyinə ekskursiyaları da təşkil edilib. Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Fevral ayının sonunda “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Eko-etnoqrafiya şagirdlərin tədqiqatında”, “Ekoloji mədəniyyət və incəsənətin təbliği”, “Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi” nominasiyaları üzrə qalib məktəblər bəlli olub.

Qeyd edək ki, 5 və 149 nömrəli tam orta məktəblər “Eko-etnoqrafiya şagirdlərin tədqiqatında” nominasiyası üzrə qalib olub. Bu nominasiya üzrə 50, 53, 84, 126, 156, 220 və 300 nömrəli məktəblər öz fəallıqları ilə seçilib.

“Ekoloji mədəniyyət və incəsənətin təbliği” nominasiyası üzrə 12, 20, 27 və 102 nömrəli məktəblər birinciliyi bölüşüblər. Bu nominasiya üzrə 60, 73, 78, 99, 201, 209, 229, 265, 283 və 114 nömrəli məktəblər yüksək fəallıqları ilə seçilib.

“Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi” nominasiyası üzrə 276 və 227 nömrəli məktəblər qalib seçilib. Bu nominasiya üzrə 12 və 295 nömrəli məktəblər xüsusi fəallıqları ilə seçilib.


Açar sözlər: ,  ,  ,  ,