13.03.2017

“Dövlət bayrağının  tarixi” mövzusunda mühazirələr 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr davam edir.

Səyyar mühazirələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təşkil olunan mühazirələrdə VIII, IX və X sinif şagirdləri iştirak edirlər.

Mühazirələr zamanı “Azərbaycan bayrağının təkamülü” mövzusunda məruzələr dinlənilir, Azərbaycanın dövlət atributları barədə ətraflı məlumatlar verilir, müvafiq tarixi günlərin əhəmiyyəti haqqında müzakirələr aparılır. Eləcə də, şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirir, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşürlər.

Qeyd edək ki, “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələrin ümumi təhsil müəssisələrində davamlı olaraq keçirilməsi nəzərdə tutulur.  


Açar sözlər: ,  ,  ,