13.03.2017

“Alternativ enerji” mövzusunda ekskursiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiyası təşkil edilib.

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində təşkil olunan ekskursiya Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən reallaşdırılıb.

“Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adı altında həyata keçirilən ekskursiyanın məqsədi məktəblərdə yenilənə bilən enerji növləri, onların xüsusiyyətləri, bərpaolunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı və digər mövzularda təlimləri təcrübi baxımdan yekunlaşdırmaq və şagirdlərin əldə etdikləri nəzəri biliklərin praktikada tətbiqinə imkan yaratmaqdan ibarət olub.

Ekskursiya zamanı şagirdlərə günəş panellərinin işlənməsi, prinsipləri, külək stansiyalarının növləri və texnologiyası, mərkəzdə fəaliyyət göstərən “ağıllı şəbəkə” haqqında geniş məlumatlar verilib.

Qeyd edək ki, “Ekoloji aylıqlar” layihəsi çərçivəsində mart ayı ümumi təhsil məktəblərində “Alternativ enerji” mövzusuna həsr olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini alternativ enerji mənbələrinə yönəltmək, onları bu barədə daha geniş şəkildə maarifləndirməkdən ibarətdir.  


Açar sözlər: ,  ,  ,