15.03.2017

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılacaq

15-17 mart 2017-ci il tarixlərində paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində müvafiq suallara cavab veriləcək. Suallar şərhlər vasitəsilə cavablandırılacaq.

İstifadəçilərdən təkrarlanan suallarla müraciət etməmək xahiş olunur.

 

Hörmətli Facebook istifadəçiləri!

 

Şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək.

Müraciətlər yalnız qeyd edilən məsələ ilə bağlı olmalıdır.

Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Belə şərhlər cavablandırılmayacaq.


Açar sözlər: ,  ,  ,  ,  ,