16.03.2017

“Eko-təqdimatlar” layihəsi çərçivəsində ekskursiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi çərçivəsində ekoloji mühazirələr keçirilir.

Layihənin əsas məqsədi şagirdlərdə ekoloji biliklərin və mədəniyyətin formalaşdırılması, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyadılması, təbii sərvətlərdən səmərəli istifadə bacarıqlarının aşılanması, şagirdlərin istedad və yaradıcılıq qabiliyyətinin aşkara çıxarılmasından ibarətdir.

Layihə çərçivəsində Bakı şəhəri ümumi təhsil məktəbləri şagirdlərinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna ekskursiyası təşkil edilib. Ekskursiyada paytaxt məktəblərindən 100 nəfər şagird iştirak edib.

Ekskursiyada AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən “Torpağın ekologiyası” mövzusunda şagirdlərə geniş məlumat verilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,  ,