16.03.2017

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində görüşlər 

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri ilə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində görüşlər keçirilib.

“Ölkəmizi tanıyaq” tur-aksiyasının əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Görüş zamanı dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən tur-aksiyalar barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları artıq dörd ildir ki, təşkil olunur.

Qeyd olunub ki, tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Aksiyanın hər iki mərhələsində ənənəyə uyğun olaraq, məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçiriləcək, qaliblərə xatirə hədiyyələri təqdim ediləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.


Açar sözlər: ,  ,  ,