18.03.2017

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

15-17 mart 2017-ci il tarixlərində paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində müvafiq suallara cavab verilib.

Suallar şərhlər vasitəsilə cavablandırılıb.

Qeyd edək ki, martın 15-dən təhsil nazirinin müvafiq əmrinə əsasən, 2017-2018-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu başlayıb. Uşaqların I sinfə qəbulu üçün valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin sistemdə qeydiyyatı sentyabrın 15-dək mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaqdır.


Açar sözlər: ,  ,  ,