31.03.2017

Müəllim və valideynlər qəbul olunub

Martın 31-də paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 104 nömrəli tam orta məktəbdə paytaxtın Suraxanı və Xətai rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar şagirdlərin I sinfə elektron sistemlə qəbulu, direktor vəzifəsinə işə qəbul, müəllimlərin yerdəyişməsi, Gənclərin Çağırışaqədərki Hərbi Hazırlığı otaqlarının avadanlıqlarla təchizatı və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.


Açar sözlər: ,  ,  ,