26.04.2017

Karyera planlama təlimlərinə start verilib

"Məktəblinin dostu" layihəsi çərçivəsində karyera planlama təlimlərinə start verilib.

Təlimlər "Məktəblinin dostları”nın fəaliyyət göstərdiyi 30 məktəbdə yuxarı sinif şagirdləri üçün keçirilir.

Təlimlərin keçirilməsində əsas məqsəd şagirdlərin ixtisas seçiminə yardım etmək, müxtəlif sahələrin mütəxəssisləri ilə görüşlər keçirərək ixtisaslar barədə şagirdlərin geniş məlumat almalarına şərait yaratmaqdan ibarətdir.  

Təlimlər zamanı şagirdlərin ixtisas seçimində fərdin qabiliyyət və bacarığının vacibliyi ön plana çəkilir.

Təlimdə peşə seçimi nədir və nə üçün önəmlidir, peşə seçərkən nələrə diqqət yetirməli kimi mövzularda müzakirələr aparılır, şagirdləri maraqlandıran suallara dolğun cavab verilir.

Təlimlərin davamı olaraq şagirdlərin ixtisas seçiminə yardım məqsədilə müxtəlif universitetlərə ekskursiyaları da təşkil olunur.

Qeyd edək ki, müvafiq təlimlər çərçivəsində 95 və 63 nömrəli məktəb şagirdlərinin ADA” Universitetinə səfərləri təşkil edilib, məktəblilər universitet həyatı ilə tanış olublar.


Açar sözlər: ,  ,  ,  ,