01.05.2017

Azərbaycan məktəbliləri iki medal qazanıb

Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblilərin 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası keçirilib. Yuxarı sinif şagirdləri arasında keçirilən və 3 turdan ibarət olan  elm yarışmasında 20 ölkədən 120 məktəbli iştirak edib.

Beynəlxalq elm yarışmasında Azərbaycanı təmsil edən komanda böyük uğura imza atıb. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, “İstək” liseyinin 10-cu sinif şagirdi Ramil Babazadə isə bürünc medala layiq görülüb.

Ötən tədris ilində şagirdlərimiz bu mötəbər yarışda 2 bürünc medala layiq görülüblər.Ümumiyyətlə isə bu olimpiadada Azərbaycan məktəbliləri 4 qızıl, 7 gümüş və 30 bürünc medal olmaqla 41 medal qazanıb.

Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetində qəbul imtahanı vermədən ödənişsiz oxuma haqqına sahib olurlar.


Açar sözlər: ,