05.05.2017

Üç rayon üzrə müraciətlərə baxılıb

Mayın 5-də paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 187 nömrəli tam orta məktəbdə paytaxtın Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, əlavə korpusların tikilməsi, məktəblərin maddi-texniki təminatı, I sinfə qəbul prosesi və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.


Açar sözlər: ,  ,