08.05.2017

“İngilis dili mütəxəssisi” layihəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “İngilis dili mütəxəssisi” layihəsinə start verilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd xarici dilin tədrisi üzrə mövcud ehtiyaclar, tələblər əsasında müəllimlərə müvafiq dəstəyin göstərilməsi və beynəlxalq təcrübənin yerli arenada tətbiqi sahəsində müəllimlərin peşəkar inkişafı üçün səmərəli platforma yaratmaqdan ibarətdir.

Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Amerikanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Layihə çərçivəsində amerikalı təhsil eksperti Rey Roberts mütəmadi olaraq ümumi təhsil məktəblərində fəaliyyət göstərən İngilis dili müəllimlərinə, eləcə də Təlimə Dəstək Mərkəzinin müxtəlif struktur bölmələrində fəaliyyət göstərən mentorlarına “Sinfin idarə olunması” komponenti üzrə təlimlər keçirir.

Təhsil eksperti eyni zamanda bir neçə ümumi təhsil məktəbində dil dərslərini müşahidə edir və dərslərin yekununda müəllimlərə inkişafetdirici rəy verir.


Açar sözlər: ,  ,