11.05.2017

IV İslam Həmrəyliyi Oyunları məktəblərdə təbliğ olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində IV İslam Həmrəyliyi Oyunlarının təşviqat kampaniyası çərçivəsində şagirdlərlə görüşlər keçirilir.

 Görüşlərin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq və  oyunları ölkə ərazisində tanıtmaqdan ibarətdir.

Görüşlərdə oyunların təşviqatını aparmaq üçün seçilmiş idmançı və ulduz səfirlər, eləcə də Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri iştirak edirlər.

Görüşlər zamanı şagirdlərə IV İslam Həmrəyliyi Oyunları və yarışlara qatılacaq ölkələr haqqında geniş məlumatlar verilir. Azərbaycanın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmə təcrübəsinin olduğu şagirdlərin diqqətinə çatdırılır. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının uğur qazanacağına əminlik ifadə olunur.


Açar sözlər: