15.05.2017

Kitab Mərkəzinə ekskursiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində ““Azərkitab” Kitab Təbliğat Mərkəzinə ekskursiyalar” layihəsinə start verilib.

Layihənin məqsədi şagirdlər arasında sistemli mütaliə işinin təşkili, onların mütaliəyə həvəsinin daha da artırılması, mənəviyyatının zənginləşməsi, dünyagörüşünün və bilik dairəsinin genişləndirilməsi, şagirdlərlə müəlliflər arasında canlı təmasın yaradılmasından, eyni zamanda, məktəb kitabxanalarının məqsədyönlü şəkildə komplekləşdirilməsinə yardım etməkdən ibarətdir.

Qeyd edək ki, bu layihə çərçivəsində “Azərkitab” Kitab Təbliğat Mərkəzinin ilk ekskursantları Yasamal rayonundakı ümumi təhsil müəssisələrinin müəllimləri, şagirdləri və kitabxanaçıları olub.

Ekskursiya zamanı şagirdlər Kitab Mərkəzinin müxtəlif struktur bölmələri, konfrans, oxu, sərgi, kiçik yaşlı uşaqlar üçün nağıl zalları və işgüzar istirahət (co-working) məkanı, kitab kafesi ilə tanış olublar. Mərkəzdə keçirilməsi nəzərdə tutulan kitab təqdimatları, müzakirələri, imza günləri, müxtəlif müsabiqələr, yaradıcılıq gecələri haqqında məktəblilərə ətraflı məlumat verilib. 

Ekskursiyaya gələnlərlə mərkəzin əməkdaşları arasında geniş fikir mübadiləsi aparılıb. Belə layihələrin keçirilməsinin uşaqlarda mütaliə mədəniyyətinin formalaşması ilə yanaşı, kitabların təbliği işinə də müsbət təsir göstərəcəyi nəzərə çatdırılıb. 


Açar sözlər: