15.05.2017

Eksternat imtahanları başa çatıb

Bakı şəhəri üzrə əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün eksternat imtahanları keçirilib.

Paytaxtdakı 45 nömrəli tam orta məktəbdə keçirilən eksternat imtahanında 412 nəfər iştirak edib.

Eksternlər hərəsində 10 sual olmaqla, 3 gün ərzində 13 fənn (ana dili, ədəbiyyat, xarici dil, insan və cəmiyyət, Azərbaycan tarixi, ümumi tarix, iqtisadiyyatın əsasları, riyaziyyat, biologiya, astronomiya, kimya, fizika, coğrafiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fənndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

Məqbul qiymət almış şəxlərin siyahısı mayın 23-dək baku.edu.gov.az saytında yerləşdiriləcəkdir.

Eksternat imtahanlarından uğur qazanan şəxslərin tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir. Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin  saytına ( www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.


Açar sözlər: