22.05.2017

Məktəblilərin muzeylərə ekskursiyası təşkil edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri  şagirdlərinin paytaxtdakı muzeylərə ekskursiyası təşkil edilib.

18 may - Beynəlxalq Muzey Günü münasibətilə təşkil olunan ekskursiyanın əsas məqsədi Bakı şəhərində fəaliyyət göstərən muzeylərin tarixi, etnoqrafik və mədəni ekspozisiyası barədə məktəblilərin maarifləndirilməsindən ibarətdir.

Ekskursiya zamanı şagirdlərə ölkə əhəmiyyətli memarlıq abidələri və eksponatlar barədə ətraflı məlumat verilib. Şagirdlər xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olub, muzeylərin kolleksiya fonduna tamaşa ediblər.