26.05.2017

Məktəblilər arasında voleybol turniri

Paytaxt məktəbliləri arasında voleybol turniri keçirilib.

Turnirin keçirilməsində əsas məqsəd şagirdlərin idmana marağını artırmaq, idman növlərini məktəblilər arasında təbliğ etmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

“Məktəblinin dostu” pilot layihəsinə daxil olan 4 məktəb arasında təşkil edilmiş turnirdə paytaxtın 57, 211, 276 və 284 nömrəli məktəbləri qalibiyyət uğrunda mübarizə aparıblar. Turnirin qalibi 284 nömrəli məktəbin komandası olub.

Turnirin “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu digər məktəblərdə də keçirilməsi nəzərdə tutulur.