30.05.2017

“Sağlam həyat tərzi” mövzusunda fləşmob 

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Sağlam həyat tərzi” mövzusunda fləşmob keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin “Sağlam həyat tərzi” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs”, sərgi və ekskursiyalar təşkil edilib, müxtəlif araşdırmalar aparılıb. Tanınmış idmançıların şagirdlərlə görüşü olub.

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Sağlam həyat tərzi” mövzusunda tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları bu barədə daha geniş məlumatlandırmaqdan ibarətdir.

Tədbirlərin yekununda may ayı üzrə “Sağlam həyat tərzi” mövzusunda “Ayın ən sağlam məktəbi” seçiləcək.

Qalib məktəb orijinallıq, mövzunun əhatəliliyi, şagirdlərin bacarıqlarının formalaşdırılmasına xidmət edən fəaliyyət zənginliyi, layihədə müxtəlif yaş qrupunu təmsil edən şagirdlərin iştirakı, mövzunun ekoloji problemləri əhatə etməsi, hesabatların təqdim edilməsində təsdiqləyici materialların mövcudluğu (foto və s.) kimi meyarlara əsasən müəyyən olunacaq.