31.05.2017

Mini-futbol turniri başa çatıb

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında mini-futbol idman növü üzrə keçirilən turnir başa çatıb.      

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə V-VI sinif şagirdləri iştirak edib.

Oğlanlardan ibarət komandalar arasında yarışın nəticəsinə görə, 244 nömrəli məktəbin komandası I, 220 nömrəli məktəb-liseyin komandası II, 245 nömrəli məktəbin komandası isə III yerin sahibi olub.

Yarışın bağlanış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları qalib komandaları təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Yarışda I, II və III yerləri tutan komandaların üzvləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.