31.05.2017

Bakı məktəblisi qızıl medal qazanıb 

Bakı məktəblisi Ukraynada kikboksinq idman növü üzrə gənclər arasında keçirilən beynəlxalq yarışda birincilik qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Cəlal Əliyev turnirdə bütün rəqibləri üzərində qələbə qazanıb.

Cəlal Əliyev qızıl medal və I dərəcəli diplomla təltif olunub.

Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Ukrayna, Gürcüstan, Belarus və Moldovadan olan idmançılar qalibiyyət uğrunda mübarizə aparıblar. 


Açar sözlər: