01.06.2017

“Cırtdan” yarışı  keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Cırtdan" yarışı keçirilib.

Bakı şəhəri 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbində keçirilən yarışda II - IV sinif şagirdləri iştirak edib.

“Cırtdan” yarışında şagirdlər 4 idman növü - yerindən uzunluğa tullanma, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması və qapıya qol vurma üzrə mübarizə aparıblar.

Yarışın nəticəsinə görə, 269 nömrəli tam orta məktəbin komandası I,  245 nömrəli tam orta məktəbin komandası II, 263 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib komandaların üzvləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.