25.05.2017

49 şagird mükafatçılar arasındadır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərdə təhsil alan şagirdlər Respublika fənn olimpiadalarında fəal iştirak ediblər.

Nəticələrə əsasən, mükafatçılar siyahısına düşən şagirdlərdən 49 nəfəri (18 faizi) paytaxt məktəblərinin payına düşüb.

Həmin şagirdlərdən 7-si qızıl, 13-ü gümüş, 29-u bürünc medal qazanıb.

Bu göstəricilər olimpiadada respublika üzrə I yerə layiq görülənlərin 13, II yeri qazananların 13, III yerə çıxanların 18 faizini təşkil edib.

Qeyd edək ki, Respublika fənn olimpiadalarında ümumilikdə 8 fənn üzrə 263 qalib müəyyən olunub. Onlardan 48-i qızıl, 85-i gümüş, 130-u bürünc medala layiq görülüb.

Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən məktəblilərin potensial imkanlarını inkişaf etdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.


Açar sözlər: ,