07.06.2017

“Ayın ən sağlam məktəbi” nominasiyasının qalibləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində ötən ayın qalibləri məlum olub.

“Sağlam həyat tərzi” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Ayın ən sağlam məktəbi” nominasiyasında 149, 220, 246, 283 nömrəli məktəblər I, 46, 102, 156, 201 nömrəli məktəblər II, 82, 144, 191, 206 nömrəli məktəblər III yerə layiq görülüblər.

“Sağlam həyat tərzi” mövzusu üzrə paytaxtın 53, 61, 78, 165, 186, 232, 253, 258, 290, 309, 312, 319 nömrəli məktəbləri də öz fəallıqları ilə seçiliblər.

Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Bakı şəhəri üzrə 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Sağlam həyat tərzi” mövzusunda elmi konfrans, müsabiqə, yarış, fləşmob, “Açıq dərs” və sərgilər keçirilib, araşdırmalar aparılıb. Həmçinin, tanınmış idmançıların şagirdlərlə görüşləri də olub.


Açar sözlər: ,  ,  ,