14.06.2017

Milli Qurtuluş Gününə həsr olunmuş festival

Məktəblilər arasında 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Öz dünyanı boya” adlı I respublika rəng festivalı keçirilib.

Festivalda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan 11 şagird qaliblər sırasında yer alıb. 

Məktəblilərdən 3-ü birinci, 3-ü ikinci, 4-ü üçüncü yerə layiq görülüb. 1 şagird isə festivalın xüsusi mükafatını alıb.

Qaliblər diplom və mükafatla təltif olunublar.

Festivalı Təhsil Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, “Fab boya və kimya sənayesi MMC” birgə təşkil edib.

Festivala respublika üzrə 1000-dən artıq şagird tərəfindən 2 minə yaxın rəsm təqdim edilib.

Festivalda ümumilikdə 4 şagird birinci, 6-sı ikinci, 9-u üçüncü yerə layiq görülüb.