16.06.2017

Yay olimpiada düşərgəsi başlayıb

Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə yay olimpiada düşərgəsi təşkil edilib.

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil olunmuş yay olimpiada düşərgəsində şagirdlər üçün riyaziyyat, informatika, kimya, fizika və biologiya fənləri üzrə intensiv dərslər tədris olunur.

İyunun 16-da fəaliyyətə başlayan düşərgə iyulun 16-dək davam edəcək.

Yay olimpiada düşərgəsində V-VI və VII-VIII sinif şagirdləri üçün

həftənin 3 günü, hər gün 3 saat olmaqla məşğələlər aparılır.

Düşərgədə məşğələlər ilkin olimpiada hazırlıq işini bilən mütəxəssislər tərəfindən aparılır.

Sonda şagirdlərlə kiçik müsabiqə keçiriləcək və yay düşərgəsinin qalibləri müəyyənləşdiriləcək. Həmçinin, məktəblilərə müəllimlər tərəfindən hazırlanmış yay tapşırığı toplusu təqdim ediləcək.

Yay olimpiada düşərgəsinin yekununda bütün iştirakçı şagirdlərə sertifikatlar veriləcək.