14.06.2017

Məzunların “Son zəng” sevinci

Bakı şəhəri Pirallahı rayonundakı 168 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng" tədbirində təhsil nazirinin müavini Ceyhun Bayramov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov iştirak ediblər.

Təhsil nazirinin müavini Ceyhun Bayramov məzunları təbrik edərək onlara səmimi və xoş arzularını çatdırıb. Ölkədə təhsilə göstərilən dövlət qayğısının ilbəil artdığını vurğulayan Ceyhun Bayramov Bakı və onun ətraf qəsəbələrində, eləcə də bölgələrdə müasir standartlara uyğun yeni məktəb binalarının tikilib istifadəyə verildiyi və hazırda bu prosesin müvəffəqiyyətlə davam etdirildiyini deyib.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov rayonda təhsil sahəsində görülən işlərdən danışıb.
Tədbirdə şagirdlər bir-birindən maraqlı çıxışlar ediblər.