24.06.2017

Təlim kursları keçirilir

"Qeyri-ənənəvi rəsmçəkmə texnikaları" mövzusunda təlim kursları keçirilir.

Kurslar Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən təşkil olunub.

Təlim kursları ümumi təhsil məktəblərinin müəllimləri, məktəbəqədər müəssisələrdə çalışan tərbiyəçilər, həmçinin, tələbə və gələcəkdə pedaqoq olmaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Təlim kurslarının keçirilməsində əsas məqsəd qeyri-ənənəvi üsullarla rəsmlərin çəkilməsinə marağı artırmaq, təhsil müəssisələrində bu işi  geniş yaymaqdan ibarətdir.

Təlimlərdə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılması istiqamətində də işlər aparılır.

Sonda yekun qiymətləndirmədə iştirak edən müəllim və tərbiyəçilərə dövlət nümunəli ixtisasartırma sertifikatları veriləcək.