30.06.2017

İkigünlük seminar başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının TAİEX proqramı çərçivəsində “Formativ və Summativ Qiymətləndirmə” mövzusunda keçirilən seminar iyunun 30-da başa çatıb.

Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev, İngiltərə və Finlandiyadan olan təhsil ekspertləri Koivula Priyo, Mark Frazer, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak ediblər.

İkigünlük seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdən ibarətdir. 

Seminar zamanı qonaqlar məktəbdaxili qiymətləndirməyə dair təqdimatla çıxış ediblər.

Seminarda iştirakçılar qiymətləndirmə sahəsi üzrə rubriklərin hazırlanması, “Item Response Theory” və “Rasch” modelləri barədə ətraflı məlumat əldə edib, eləcə də sözügedən sahə üzrə beynəlxalq təcrübə ətrafında müzakirələr aparıblar.

Həmçinin, seminar zamanı müəllimlər ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin bilik və bacarıqlarının müvafiq standartlara uyğun qiymətləndirilməsi barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar. 


Açar sözlər: ,