06.07.2017

Müəllimlər üçün “Yay məktəbi” 

Müəllimlər üçün təşkil olunan “Yay məktəbi” davam edir.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən reallaşdırılan  proqramın əsas məqsədi müəllimlərin peşə səriştəsini qeyri-formal təhsil formasında artırmaqdan ibarətdir.

“Yay məktəbi”ndə müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv şagirdlərlə işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, dərsin planlaşdırılması, sinfin idarəedilməsi və digər mövzularda  nəzəri, praktik  biliklər qazanırlar.

“Yay məktəbi”  iyulun 7-də başa çatacaq. Sonda bütün iştirakçılara müvafiq sertifikatlar veriləcək. 


Açar sözlər: