07.07.2017

Məktəblilər arasında “Vergi olimpiadası” 

Məktəblilər arasında “Vergi olimpiadası” keçirilib. 

Layihə Binəqədi rayonu ərazisində yerləşən ümumi təhsil müəssisələrini əhatə edib.

“Vergi olimpiadası”nın təşkil edilməsində əsas məqsəd yüksək biliyə malik olan məktəblilərin müəyyənləşdirilməsi, vergitutmaya dair biliklərinin artırılması, məktəblilərə vergi mədəniyyətinin aşılanması, həmçinin, gələcəkdə bu sahədə çalışacaq mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir.

Layihə çərçivəsində əvvəlcə məktəblərdə yarışlar təşkil olunub və şagirdlər vergi sahəsindəki biliklərini nümayiş etdiriblər. Sonra həmin yarışların qalibləri arasında III-V, VI-VIII və IX-XI siniflər üzrə müsabiqə keçirilib. Müsabiqə zamanı məktəblilər xüsusi metodiki vəsait əsasında hazırlanmış test suallarını cavablandırıblar.

Müsabiqənin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 182 nömrəli tam orta məktəbin bir şagirdi I, digəri III yerə layiq görülüb. 217 nömrəli tam orta məktəbin yetirmələri də I və III yerdə qərarlaşıb. Həmçinin, 83 nömrəli məktəb-liseyin şagirdi I, 103, 30 və 3 nömrəli tam orta məktəblərin yetirmələri II, 115 nömrəli tam orta məktəbin şagirdi III yerə sahib olub.

Qaliblər diplom, kubok və hədiyyələrlə, digər iştirakçılar sertifikatla  təltif edilib. 


Açar sözlər: ,