10.07.2017

“Yay məktəbi” davam edir

Bakı şəhərində 18 ümumi təhsil müəssisəsini əhatə edən “Yay məktəbi”nin ilk həftəsi başa çatıb.

Bu müddətdə şagirdlər üç maarifləndirici təlimdə, rəsm və rəqs dərslərində iştirak edib, filmlər izləyiblər. 

“Yay məktəbi”nin ikinci həftəsi isə "Nə? Harada? Nə zaman?" intellektual oyunu ilə başlayıb.

“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” iyulun 3-dən 28-dək V və VI, avqustun 1-dən 31-dək isə VII və VIII sinif şagirdləri üçün nəzərdə tutulur. “Yay məktəbi” zamanı 1000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır.

“Yay məktəbi”nin əsas məqsədi şagirdlərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.