13.07.2017

Məktəblilərin yay tətili 

Paytaxt məktəblilərinin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması üçün silsilə tədbirlər təşkil edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri üçün maarifləndirici tədbir və yarışlar keçirilir. Onların tarixi məkanlara, kitabxanalara, istirahət yerlərinə ekskursiyaları təşkil olunur.

Məktəblilər üçün maarifləndirici tədbir, yarış və ekskursiyaların təşkil olunmasının əsas məqsədi asudə vaxtdan səmərəli istifadə etmək, həmçinin, şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını  artırmaqdan ibarətdir. 

Həmçinin, paytaxt məktəbliləri üçün “Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi” də fəaliyyət göstərir. Bakı şəhərində 18 ümumi təhsil müəssisəsini əhatə edən “Yay məktəbi” avqustun 31-dək davam edəcək.