18.07.2017

Azərbaycanlı məktəblilərin olimpiada uğurları

Ölkəmizi 49-cu Beynəlxalq Kimya Olimpiadasında təmsil edən Ramil Babazadə, Nəriman Mirişov, Turan Məmmədlinin uğurları təkcə bu olimpiada ilə məhdudlaşmır. Şagirdlərimizin son illərdə olimpiadada qazandıqları uğurlar barədə məlumatı  təqdim edirik.

Qeyd edək ki, Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.


Açar sözlər: ,