24.07.2017

“Yay məktəbi”nə əlavə qeydiyyat başa çatıb

“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində təşkil olunan “Yay məktəbi”nin ikinci mərhələsi üçün elan edilən əlavə qeydiyyat başa çatıb.

“Yay məktəbi”ndəki boş yerlər üçün qeydiyyat 11-20 iyul tarixlərində aparılıb.

VII və VIII sinfi bitirmiş şagirdlər “Məktəblinin dostu”nun "Facebook" səhifəsində yerləşdirilən elektron qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçiblər.

Nəticələrə əsasən, ümumilikdə “Yay məktəbi”ndə avqustun 1-dən 31-dək 400-dən artıq şagird iştirak edəcək.

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nin iyulun 3-də açılışı olub. Hazırda “Yay məktəbi”ndə V-VI sinif şagirdləri iştirak edirlər.