29.08.2017

Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri bəlli oldu

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər  sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Müvafiq keçid balını toplayan, lakin  müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabr tarixlərində  keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29-30 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, office@edu.gov.az və Vətəndaşların Qəbulu Mərkəzi vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. 

Apellyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat namizədin şəxsi səhifəsinə göndəriləcək.

 


Açar sözlər: ,