20.09.2017

Yeni dərs ilinin ilk iclasları 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin başlanması ilə əlaqədar Pedaqoji Şuraların iclasları və valideynlərlə görüşlər keçirilir.

Pedaqoji Şuraların iclaslarında ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilir. Həmçinin, növbəti tədris ilində qarşıda duran vəzifələr, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransından irəli gələn məsələlər, 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunması ilə əlaqədar seçilən hədəflər, şagirdlərin bilikli, vətənpərvər və əsl vətəndaş kimi yetişməsi üçün görülməsi vacib sayılan işlər ətrafında müzakirələr aparılır. Müəllimlərə müvafiq tövsiyə və tapşırıqlar verilir.

Pedaqoji Şuraların iclaslarında təqaüdə çıxan müəllimlər şagirdlərin təlim-tərbiyəsində göstərdikləri xidmətə görə diplomla təltif olunaraq təntənəli şəkildə yola salınır, gənc pedaqoqlar məktəb kollektivinə təqdim edilir.

Valideynlərlə keçirilən görüşlərdə qazanılan uğurlardan, məktəblilərin hərtərəfli inkişafı üçün ümumi təhsil müəssisələrində yaradılan şəraitdən, müəllim-şagird-valideyn münasibətlərinin daha sağlam ruhda qurulması məsələlərindən bəhs olunur. 


Açar sözlər: ,  ,