29.09.2017

“Azərbaycanı tanıyaq” adlı bilik yarışması  

Məktəblilər arasında “Azərbaycanı tanıyaq” adlı bilik yarışması  keçirilib.

Yarışmada Nərimanov rayonu üzrə 21 ümumi təhsil məktəbinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Bilik yarışmasının təşkil olunmasında əsas məqsəd Vətən tarixini dərindən öyrənmək, məktəblilərin elmə və yaradıcılığa olan marağının daha da artırılması üçün əlverişli şərait yaratmaq, eyni zamanda istedadlı və bacarıqlı şagirdləri müəyyənləşdirmək, gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımlar atmaqdan ibarətdir.

Yarışma iştirakçıları Azərbaycanın mədəniyyəti, tarixi, coğrafiyası və məntiq üzrə biliklərini sınayıblar. 

Bilik yarışmasının nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 36 və 45 nömrəli tam orta məktəblərin şagirdləri müvafiq olaraq I, II yerlərə layiq görülüb. 57 və 82 nömrəli tam orta məktəblərin şagirdləri III yeri tutub.

Qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar. 


Açar sözlər: ,