09.10.2017

Bakı məktəbliləri Təhsil Sərgisində

Paytaxt məktəbliləri 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) Sərgisinə qatılıblar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri sərgi ilə tanlş olub, həmçinin, bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə “İnsan kapitalı sərvətimizdir” devizi altında oktyabrın 6-dan 8-dək Bakı Ekspo Mərkəzində keçirilib.

Sərgidə SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit FonduSağlam təhsil-sağlam millətMəktəblinin dostu, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, ““Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri nümayiş olunub.

Sərgidə  ölkəmizin 17 ali təhsil müəssisəsinin stendləri yer alıb. Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim ediblər.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunub. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.