29.09.2017

1-ci qrant müsabiqəsinin nəticələri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə təqdim olunan 15 layihə dəstəklənib.

Ümumilikdə, Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənməsi məqsədəuyğun sayılan 37 layihənin 23-ü paytaxtdakı məktəblərin payına düşüb.

Müsabiqədə fərdi kateqoriya üzrə dəstəklənən 83 layihənin 28-i də Bakıdakı məktəblərdə çalışan müəllimlərə aid olub.

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. 

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə 213 layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupu tərəfindən barələrində müsbət qərar qəbul olunmuş 120 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Müsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, istedadlı uşaqlarla işin təşkili də daxil olmaqla, ümumilikdə, 10 mövzu üzrə keçirilib.

 


 

Hər iki kateqoriya üzrə müsabiqə qaliblərinin siyahısı:

 

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqə çərçivəsində qalib gəlmiş layihələr haqqında məlumat

Fərdi kateqoriya üzrə müsabiqə çərçivəsində qalib gəlmiş layihələr haqqında məlumat


Açar sözlər: