17.10.2017

Məktəblilər arasında şahmat yarışı

Məktəblilər arasında şahmat üzrə yarış keçirilib.

Turnirdə Binəqədi rayonu üzrə 32 ümumi təhsil müəssisəsindən 156 şagird iştirak edib.

Yarışın təşkilində əsas məqsəd məktəblilər arasında şahmata marağı artırmaq, onların bacarıqlarını üzə çıxarmaq və şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdən ibarətdir. 

Turnirin nəticələrinə əsasən, 276 və 246 nömrəli məktəb-liseylərin şagirdləri müvafiq olaraq I, III, 244 nömrəli tam orta məktəbin şagirdləri II yeri tutub.

Qaliblər diplom və medalla təltif olunub.