20.11.2017

Civə təhlükəsizliyi üzrə təlim

“Məktəblinin dostları” üçün təlim təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 150 nömrəli tam orta məktəbdə keçirilən təlimdə “Məktəblinin dostları” “Azərbaycanın civə üzrə Minamata konvensiyasına qoşulmasına dəstək və ilkin qiymətləndirmə” layihəsi barədə məlumatlandırılıb.

Təlimin keçirilməsində əsas məqsəd civə təhlükəsizliyinə dair məsələləri “Məktəblinin dostları” vasitəsilə şagirdlərə çatdırmaq, birgə əməkdaşlıq çərçivəsində bununla bağlı məktəblilər arasında maarifləndirmə işini təşkil etməkdən ibarətdir.

Təlimdə layihə barədə iştirakçılara ətraflı məlumat verilib. Təhsil, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə birgə layihəyə dair maarifləndirmə işinin aparıldığı diqqətə çatdırılıb. Həmçinin, civə təhlükəsizliyi haqqında danışılıb. Qloballaşan dünyada civənin insanlar üçün böyük təhlükə yaratdığı bildirilib. Bu məsələdə məktəblilərin daha diqqətli olmasının vacibliyi qeyd edilib. Civə təhlükəsi ilə qarşılaşan zaman həyata keçirilməli olan tədbirlər haqqında iştirakçılar məlumatlandırılıb. 

Sonda civə təhlükəsizliyi ilə bağlı “Məktəblinin dostları”nı maraqlandıran suallar cavablandırılıb. Onlara təlim materialları təqdim edilib.


Açar sözlər: ,