20.11.2017

“Uşaqlar və yol təhlükəsizliyi” mövzusunda tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində “Uşaqlar və yol təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib.

Belə ki, təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə praktiki məşğələlər, mühazirə və disputlar, seminar, təlimati treninq, “Açıq dərs” və “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm müsabiqələri, yarışlar keçirilib, sərgilər təşkil olunub.

Tədbirlərdə məktəblilərə yol hərəkəti qaydaları haqqında  ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, müvafiq tədbirlərin keçirilməsində başlıca məqsəd yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdır. 

Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi qeyd edilib.

Tədbirlərdə şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər.


Açar sözlər: ,  ,