23.11.2017

İsrailə təhsil səfəri   

İsrailə təhsil səfəri təşkil olunub.

Səfərdə Bakı Şəhəri üzrəTəhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev və 15 ümumi təhsil məktəbinin direktoru iştirak edib. 

Səfər İsrailin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə İsrail Təhsil Nazirliyinin təmsilçiləri arasında görüş olub. Görüşdə qarşılıqlı təcrübə mübadiləsi, ümumi təhsil məktəblərində İKT-nin tətbiqi, əldə edilən nəticələr və digər məsələlər müzakirə olunub. 

Azərbaycan nümayəndə heyətinin İsrail ümumi təhsil məktəblərinin rəhbərləri  ilə görüşləri də keçirilib. Görüşlərdə müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində təşkil edilən digər görüşlərdə də qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, layihələrin təqdimatı keçirilib. 


Açar sözlər: ,