29.11.2017

BŞTİ-də “Dəyirmi masa” keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Dəyirmi masa” təşkil olunub.

BŞTİ-nin və idarənin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə “Təsirli çıxışın dörd sirri” mövzusunda keçirilən tədbirə beynəlxalq təlimçi, “BP Azərbaycan” şirkətinin xarici işlər şöbəsinin müdiri Rəşad Bayramov moderatorluq edib.

“Dəyirmi masa”nın keçirilməsində əsas məqsəd auditoriya qarşısında nitq söyləməyin əsas prinsiplərinə dair fikir mübadiləsi aparmaq, bu sahədə əldə olunan bilikləri bölüşmək və qazanılan təcrübəni gələcəkdə daha da təkmilləşdirməyin yollarını göstərməkdən ibarətdir.

Tədbirdə müvafiq mövzu üzrə çıxışlar olub və qarşılıqlı fikir mübadiləsi aparılıb.


Açar sözlər: