06.12.2017

İnformatika müəllimləri üçün növbəti seminar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin İnformatika müəllimləri üçün növbəti seminar keçirilib.

“Alqoritmləşmə və proqramlaşdırmanın aktual problemləri” mövzusunda seminar Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən “Addım” layihəsi çərçivəsində təşkil edilib.

Seminarın keçirilməsində əsas məqsəd müəllimlərin bilik və bacarıqlarının artırılmasına, yeni texnologiyalarla tanış olmalarına və dərsləri daha peşəkar təşkil etməsinə kömək göstərməkdən ibarətdir. 

3 gün davam edən seminarda müzakirəni TDM-in metodisti Abdulla Qəhrəmanov aparıb.

Alqoritmləşmə və proqramlaşdırmaya dair seminarların növbəti aylarda da keçirilməsi planlaşdırılır.  


Açar sözlər: ,  ,