07.12.2017

Valideynlər üçün təlimlər

Paytaxt məktəblərində təhsil alan ibtidai sinif şagirdlərinin valideynləri üçün maarifləndirici təlimlər təşkil olunur.

“Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan təlimlərdə “Məktəblinin dostları” və psixoloqlar moderatorluq edirlər.

Təlimlərin keçirilməsində əsas məqsəd ibtidai sinif şagirdlərində psixoloji problemlərin yaranmasının qarşısını almaq, bununla bağlı valideynlərin məktəblərlə birgə işini təşkil etmək və onları maarifləndirməkdən ibarətdir.

Təlimlərdə uşaq psixologiyasına dair məsələlər müzakirə olunur, azyaşlı məktəblilərdə psixoloji problemlərin əmələ gəlməməsi üçün valideynlərə müvafiq təlimatlar verilir. Həmçinin, valideynlərin məsələ ilə bağlı məktəb və müəllimlərlə sıx əməkdaşlıq etməsinin vacibliyi önə çəkilir. 


Açar sözlər: ,  ,  ,