13.12.2017

Məktəblilərimiz beynəlxalq olimpiadadan 5 medal qazanıb

Niderlandın Neymeqen şəhərində yeniyetmələrin 14-cü Beynəlxalq Elm Olimpiadası (IJSO) keçirilib. 50-dən çox ölkənin qatıldığı bu mötəbər elm yarışında Azərbaycan məktəbliləri də iştirak edib. Fizika, kimya və biologiya fənləri üzrə biliklərini nümayiş etdirən şagirdlərimiz 5 bürünc medal qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Kənan Ağayev və Əli Əliyev, Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin X sinif şagirdi Turan Bayramlı, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi Turan Məmmədli və Ağdaş şəhəri M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın eksperimental pilot siniflərinin X sinif şagirdi Fərid Əliyev olimpiadanın bürünc medalına layiq görülüblər.

Yeniyetmələrin beynəlxalq elm olimpiadası iki nəzəri və bir praktiki tur olmaqla ümumilikdə 3 mərhələdə keçirilir. 2004-cü ildən etibarən Azərbaycan məktəbliləri bu olimpiadada iştirak edib, 4 gümüş, 33 bürünc olmaqla 37 medal qazanıblar.


Açar sözlər: ,